Azərbaycanlı məşhur cütlük AYRILIB? - VİDEO

Bir müddətdir həyat yoldaşı Murad İsmayıl ilə aralarında problem olduğu söylənən aktrisa Ülviyyə Xəlilbəyli istirahət üçün Antalyaya yollanıb.
Oxu.Az xəbər verir ki, Ülviyyə bu barədə sosial media hesabında paylaşıb.
Aktrisa tətilə Murad ilə yox, böyük oğlu Fuadla birlikdə gedib. Ülviyyənin həyat yoldaşı olmadan istirahətə getməsi sosial şəbəkə izləyiciləri tərəfindən müzakirəyə səbəb olub.