Xoşbəxt ailə sevindi: Kıvanç  və Başak cütlüyünün övladları dünyaya gəlib

Gözəl ailə sahibi olan Kıvanç Tatlıtuğ və Başak Dizer cütlüyü bu yaxınlarda ilk dəfə ana və ata olmaq xoşbəxtliyini yaşayıb. Məşhur cütlüklərdən Tatlıtuğ həyat yoldaşına olan sevgisini L'Officiel jurnalına danışıb. 

Sherg.az türk mediassına istinadən xəbər verir ki, aktyorun sözləri qısa zamanda sosial medianın gündəminə çevrilib.

Fransanın paytaxtı Parisdə 2016-cı ildə cəmi 40 nəfərin qatıldığı nikah masasına oturan Kıvanç Tatlıtuğ və Başak Dizerin oğlu Kurt Efe aprelin 15-də dünyaya gəlib.

Körpəsi dünyaya gəldikdən sonra Twitter hesabında paylaşım edən yaraşıqlı aktyor xoş arzularını çatdıran hər kəsə təşəkkür edib:

"Kurt Efemizi sağ salamat qucağımıza aldıq. Xoşbəxtliyimiz sözlə ifadə edilə bilməz.  Başak və mən bütün xoş arzularınıza görə təşəkkür edirik. Uğurlar!"

Turan