Sosial şəbəkələrdə aktrisa Pərvin Abıyeva ilə millət vəkili Cavid Osmanovun sevgili olması barədə müxtəlif xəbərlər yayılıb
"Sherg.az" "mediatimeaz"a istinadən xəbər verir ki , məsələ ilə bağlı aktrisa sosial şəbəkə hesabında canlı yayım açaraq millət vəkili ilə sevgili olması ittihamlarına cavab verib.
Aktrisa yayılan məlumatların yalan olduğunu söyləyib:
"O adamın ailəsi, uşağı və karyerası var. Onsuz da yayılan bu məsələ araşdırılsa, həqiqət üzə çıxacaq. Bu məsələ ilə bağlı nə deyə bilərəm? Tamaşa edirəm. Ağzım açıq qalıb. Tanımadığım adam haqqında nə deyim? Nəsə edəndə, deyirəm ki, əcəb eləmişəm. Etdiklərimi gizlətməmişəm. "İnstagram" bu xəbərlərlə dağılır. Neçə vaxtdır başım sakit olsun deyə efirlərdən, çəkilişlərdən uzağam. Nə demək istədiyimi canlı yayımımla sizə çatdırdım".