Ötən günlərdə Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanının toyu baş tutub.
"Sherg.az" "axşam.az"a istinadən xəbər verir ki , sənətçinin övladının Bakıda keçirilən toyuna qatılmaması müzakirələrə səbəb olub .
Rəqsanə bununla bağlı danışarkən bildirib ki : " Eşqini ilk mən tanımışam . Əvvəl onların ailə qurmasına razı deyildim . Amma sonra gördüm sevginin qabağını kəsə bilmirəm ".
İfaçının bu açıqlamasına kürəkəni Eşqinin cavabı gecikməyib . O , " Şourum " un bunla bağlı sualı cavablandırıb:"Mən istədiyimi edirəm , istədiyimi də alıram. Məsələ budur" .
Qeyd edək ki , Rəqsanə toy günü məclisə gəlib qızını təbrik edib edəcəyini desə də həmin gün Rusiyadan Bakıya gəlməyib və xəstə olduğunu bildirib .