Hadisə qürurlandı

Müğənni Türkiyəni UNİCEF-də təmsil edəcək 

  Türkiyənin pop “ulduzu” Hadisə uşaq hüquqlarının müdafiəsi sahəsində Türkiyənin UNİCEF-dəki nümayəndəsi olacaq.  Bu barədə “NTV.com.tr” məlumat verib. 

Məlumatda bildirilir ki, Hadisə uşaq hüquqları sahəsində, uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınmasında Türkiyəni UNİCEF-də təmsil edəcək. Müğənni açıqlamasında “UNİCEF-I və Türkiyədəki uşaqları dəstəkləməkdən qürur duyuram. Bu, mənim üçün bir röyanın reallaşmasıdır” söyləyib. 

Hadisə uşaq əməyinin istismarı, uşaqlara qarşı şiddət və zoraklılıq, uşaqların gələcəyinə təhlükə törədən hallara qarşı UNİCEF tərəfindən aparılan fəaliyyətlərdə Türkiyəni təmsilən  yer alacaq. Hadisə deyib ki, uşaqlar böyüklərdən nümunə götürür. 

Belədə, onlara yaxşı nümunə olmalıyıq, onları qarşılaşdıqları ağır şərtlərdə dəstəkləməliyik.