Sevil-Sevincdən ŞOK ETİRAF: “Özümüzü öldürməyi düşünmüşük” - FOTO


Müğənni Sevil və Sevinc bacıları etirafları ilə gündəm olublar.

Oxu.Az xəbər verir ki, bacılar sosial şəbəkədə izləyicilərin suallarını cavablandırıblar.

Bu zaman izləyicilərdən biri “heç özünüzü öldürməyi düşünmüsünüz?” sualını verib.

Sevil və Sevinc isə bu sual qarşısında ataları ilə birgə fotosunu yayımlayaraq “bəli, özümüzü öldürməyi düşünmüşük. Təəssüf ki, biz çox sınağa çəkilirik. Bəzən isə düşünürəm ki, artıq dözə bilməyəcəyəm. Amma Allah hər kəsə çəkə biləcəyi dərdi verir, səbir”, - deyə cavab verib.

Qeyd edək ki, bacıların atası 2016-cı ildə qəflətən dünyasını dəyişib.