Əməkdar artist illər əvvəl yaşadığı sevgidən danışdı

"Hər dəfə o mövzunu gündəmə gətirirlər. Biz sənət adamları sənətimizlə gündəmdə olmalıyıq. Bu hadisə neçə illər əvvəl olub".

SHerg.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nahidə Orucova "Elgizlə izlə" proqramında deyib. Aktrisa son günlər gündəmdən düşməyən sevgi məsələsinə aydınlıq gətirib.

Orucova aparıcı Elgiz Əkbərin "Nağara ifaçısı ilə yaşadığınız sevgi gündəmdədir. İnsanlar elə bilir ki, evli ola-ola yaşamısınız" sözlərinə belə cavab verib: 

"Həyat yoldaşımdan ayrılmışdım. Başımın üstündə heç kim yox idi. Cavanlıqda çox şey olur. Məhəbbəti də, sevgisi də, həsrət də olub. O yaşım deyil ki, elə sevgi yaşayıram.  Sevgimi yönəltmişəm sənətimə".