3 həftə əvvəl ölsə də, hələ dəfn olunmayıb

Xəbər verdiyimiz kimi, Kamerun əsilli rusiyalı reper Pyer Narsiss vəfat edib.
Sherg.az Axşam.az-a istinadən  xəbər verir ki, onun ölümündən üç həftə keçsə də, nəşi cəsədi hələ də meyitxanadadır. Onun dəfn mərasiminin iki həftədən tez olmayacağı bildirilib. Bu barədə jurnalistlərə Kamerunun Rusiyadakı səfirliyinin sözçüsü Tanqa Bianq məlumat verib.

Bir gün əvvəl yaxınlarının nəhayət müğənninin nəşini gördüyü açıqlanıb. Məlumata görə, Pyerlə vida mərasimi iyulun 22-də səhər saat dördə qədər davam edəcək mərasimlə başlayacaq. Ertəsi gün tabut Pyerin ailəsinə aid sərdabənin olduğu Dibombari kəndinə çatdırılacaq.

"İyulun 23-də cənazə dəfn ediləcəyi Dualadakı Dibombari kəndinə göndəriləcək" deyə, mətndə qeyd edilib.

Qeyd edək ki, reperlə Moskvada vida mərasimi üç dəfə təxirə salınıb. İlkin olaraq yas tədbirinin sənətçinin paytaxt xəstəxanalarından birində dünyasını dəyişməsindən bir neçə gün sonra baş verməsi nəzərdə tutulsa da, ailə üzvləri cənazənin verilməsinə icazə verməyiblər. İyunun 30-da onun vəfat etdiyi xəstəxanada vida mərasimi olub. Bura onun keçmiş xanımı, sənət dostları qatılıb.