"Qızımla ildə iki dəfə görüşürük" - Tünzalə

Xalq artisti Tünzalə Ağayevanın qızı Fidan Türkiyədə yaşayır. 

Axşam.az xəbər verir ki, müğənni bu haqda "Zaurla Günaydın" proqramında deyib. O bildirib ki, qızını ildə iki dəfə görür:

"Təhsili ilə bağlı təcrübəsini Türkiyədə davam etdirmək istəyir. Bu il Bahçeşehir Universitetinin qrafik-dizayner fakültəsinin məzunu oldu. Orada yaşayır. Onunla bir qışda, bir də ki, yayda görüşürəm. 20 gündən sonra qızımla Bodrumda görüşəcəyəm. Bir ay orada qalacağam".

Qeyd edək ki, Tünzalənin Bodrumda evi var.