20 illik nişandan sonra evləndilər

20 illik nişandan sonra Ben Afflek və Cennifer Lopez evləndilər.
Məşhur müğənni Cennifer Lopez və aktyor Ben Afflek Las-Veqasda evləniblər. 
"Sherg.az" xəbər verir ki, müğənni pərəstişkarlarına ünvanladığı elektron poçt və bloq yazısında Affleklə evləndiyini təsdiqləyib. C.Lopez instaqramdan paylaşdığı foto ilə elan etdiyi evliliyi ilə bağlı bu sözləri yazıb: “Biz bacardıq. Sevgi gözəldir. Sevgi çox zərifdir. Və belə çıxır ki, sevgi səbirlidir. 20 ildir”.