Aynur Dadaşovanın küçədə xadimə ilə rəqsi müzakirəyə səbəb oldu - VİDEO

Müğənni Aynur Dadaşova küçədə xadimə ilə rəqs edib.
Oxu.Az xəbər verir ki, Dadaşova “Nurcanım” mahnısının sədaları altında rəqs etdikdən sonra avtomobilinə minərək həmin ərazidən uzaqlaşıb. 
Aynurun əyləncəli rəqs görüntüləri bir çox sosial şəbəkə platformalarda sürətlə yayılaraq, müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərin bəziləri ifaçının bu addımını müsbət qarşılasa da, böyük qisim izləyici sənətçinin özünü reklam etdiyini qeyd edib.
Qeyd edək ki, Aynur Dadaşova bir müddət əvvəl həmkarı Niyam Salami ilə eşq yaşaması ilə bağlı xəbərlərlə gündəmə gəlirdi.
Sözügedən paylaşımı təqdim edirik: