"Cəsarəti, toy repertuarını, özgüvəni ondan öyrəndim"

"Düz 25 yaşımdan sənin yanındayam".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva sosial şəbəkədə yazıb. Əməkdar artist Vasif Məhərrəmli ilə fotosunu paylaşan sənətçi sözlərinə belə davam edib:

"Toy sistemini, repertuar, toya hakim olmağı, cəsarətli çıxışları, özgüvəni, idarəçiliyi, səbri, səliqəni səndən öyrəndim. Bu gün də öyrənirəm. Sən həm pis, həm də yaxşı günlərin və illərin mərd dostusan".

Xatunun paylaşımına şərh yazan Vasif isə "Hamı sənin kimi qədirbilən olsa dünyamız düzələrdi. Təəssüf ki, belə deyil" sözlərini əlavə edib.