Ərbil bu dəfə Kərəm Bürsini hədəf aldı

Türkiyəli şoumen Mehmet Əli Ərbil gənc aktyorlarla bağlı verdiyi açıqlama ilə yenidən gündəmə gəlib.

Axşam.az xəbər verir ki, sinemanın sonunu gətirən yeni və gənc aktyorların bölüm başına yüksək məbləğdə pul aldığını bildirib:

"İki günlük aktyorlar dünyanın pulunu alırlar. Film sektorunu bitiriblər. Tezliklə serialı da bitirəcəklər. Bu büdcələrlə televiziyaya necə davam edəcəklər? Prodüserlərə hər bölüm üçün 2 milyon lirə maaş verilir".

Ərbil aktyor Kərəm Bürsinin bir müddət əvvəl "Türk aktyorların eqosu var" sözlərinı xatırladaraq əlavə edib:

"K.Bürsin özü nə edir? Pul almır? Pulsuz işləyir? Bir misal verim. Rumıniyanın ən məşhur aktyoru günlük 5 min avro qarşılığında kamera qarşısına keçir. Bizim aktyorlar o pulu qolunu qaldırmaz. Biz belə böyük pulları bir yerdə görmədik".

Qeyd edək ki, Ərbil tez-tez türkiyəli məşhurlarla arasında qalmaqal yaradaraq gündəmə gəlir.