Xəyalə Quliyeva verilişdən getdi 

Aktrisa-aparıcı Xəyalə Quliyeva Xəzər TV-də yayımlanan "Bir gün sizdə, bir gün bizdə" proqramından ayrılıb.

Kult.az xəbər verir ki, bu barədə X.Quliyeva İnstaqram hesabında məlumat verib.

"Dostlar, yemək yarışması olan "Bir gün sizdə, bir gün bizdə" layihəsindən bu mövsümü başa vurub, öz istəyimlə ayrıldım. Səbəb isə, verilişin günümün 7-8 saatını alması, çəkilişin yorğunluğu ilə başqa çəkilişlərə, tədbirlərə, ən əsası ailəmə vaxt ayıra bilməməyimdir.

Yeni mövsümdə verilişi yeni aparıcı ilə izləyəcəksiz! Hamımız üçün xeyirlisi!", -aparıcı qeyd edib.