Məşhur müğənni  ana olacaq

Dünyaca məşhur müğənni Cessi Cey ana olacaq.

Axşam.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında paylaşım edib.

“Çox xoşbəxtəm və eyni zamanda qorxuram" deyə, yazan Cessi bununla bağlı sualları hazırda cavablamaq istəmədiyini vurğulayıb.

Qeyd edək ki, müğənni 2020-ci ildə övladını itirib. Daha əvvəl həkimlər ona sonsuzluq diaqnozu qoymuşdular. Bundan başqa, Cessi menyer xəstəliyindən (nadir hallarda rastlanan ani başgicəllənmə, eşitmə itkisinə səbəb ola biləcək daxili qulaq xəstəliyi) əziyyət çəkdiyini açıqlayıb. O, basketbolçu Çanan Kolmanla münasibətdədir.