Şakira ilk dəfə Pikenin yeni sevgilisindən danışıb

Müğənni Şakira ayrılıqdan sonra ilk dəfə keçmiş sevgilisi Jerar Pikenin yeni eşq yaşamasına münasibət bildirib.

Axşam.az xəbər verir ki, bu haqda "Page Six" məlumat yayıb. Bildirilib ki, Şakira Pike və övladları ilə birlikdə yaşadığı evdə həmin qadının dolaşmasından depressiyaya düşüb. O, yaxınlarına bu hərəkətin ona pis təsir etdiyini deyib:

"Bu, o qadın üçün də xarabalıq olmalıdır". 

Qeyd edək ki, Pike və Şakira ötən il futbolçunun xəyanətinə görə ayrılıblar. Cütlük bir il ərzində başqa biri ilə eşq yaşamamlı, onunla görüntülənməməli idi. Amma Pike bu müqailəni pozub və Klara Çia Marti ilə dəfələrlə görüntülənib.