Eşq iddialarını gücləndirən daha bir görüntüləri yayıldı 

Eşq yaşadıqları iddia olunan türkiyəli aktrisa Afra Saraçoğlu ilə aktyor Mert Ramazanın yeni görüntüləri yayılıb.

Axşam.az xəbər verir ki, dostları ilə birgə restoranların birində əyləşən ikili obyektivlərə tuş gəlib. Görüntülərin ardından video sosial media seqmentində yayılaraq şayiələrin güclənməsinə səbəb olub.

Qeyd edək ki, Afra ilə Mert hazırda "Yalı çapkını serialında rol alır. Afra bir müddət əvvəl aktyor Mert Yazıcıoğlu ilə 4 illik münasibətini sonlandırıb.