Türkiyəli aktrisa Ayşegül Günay aktyor həyat yoldaşı Ali Sinan Dəmirdən boşanıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 21 ildir ailəli olan cütlük razılıq yolu ilə yollarını ayırıb.
Onlar biri-birindən təzminat və ya mülk tələb etməyib. Aktyorlar fikir ayrılığı səbəbindən boşanmağa qərar verib.
Qeyd edək ki, cütlük sonuncu dəfə "Kuruluş Osman" serialında rol almışdı.