Tünzalə Əliyevanın vəziyyəti yenidən pisləşdi - VİDEO

Xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Tünzalə Əliyevanın vəziyyəti yenidən pisləşib.
“OLAY”ın məlumatına görə, bu barədə onun yaxın dostu, həmkarı Ülviyyə Əliyeva “TikTok” sosial şəbəkə hesabında danışıb.
“Tünzalə xanımın vəziyyəti çox pis idi. Hərarəti 34 dərəcəyə düşmüşdü. Milli Onkologiya mərkəzinə apardılar. Hazırda xəstəxanadadır. İndi özünə gəlib”, - deyə Ülviyyə Əliyeva bildirib.