Perihan Savaşın oğlu evləndi - Fotolar

Türkiyəli aktrisa Perihan Savaşla mərhum aktyor Yılmaz Savaşın oğlu Zafer evlənib.

Axşam.az xəbər verir ki, o, Melis Ketenci adlı xanımla nikah masasına əyləşib. Cütlüyün toyu Beşiktaşda baş tutub.

Qeyd edək ki, Perihan sonuncu dəfə ötən gün final edən "İyilik" serialında "Şahika" obrazına həyat verib.