Rihannanın qaldığı otağın 1 gecəsi 100 min dollardır

Xəbər verdiyimiz kimi, məşhur müğənni Beyons dünyanın ən bahalı otelinin açılışında iştirak etmək üçün Dubaya yollanıb.

Axşam.az xəbər verir ki, ifaçı çıxış üçün 35 milyon dollar qonorar alıb. Beyons eyni zamanda otelin 1 gecəsi 100 min dollar olan otağında qalıb.

Müğənni ailəsi ilə birlikdə "Royal Mansion" otağında məskunlaşıb. Ulduz üçün ayrılmış "Kral malikanəsi" nəinki ən bahalı, həm də dünyanın ən fərqli otağıdır. 1128 kvadratmetr sahəsi olan malikanədə dörd hündür tavanlı yataq otağı, şəxsi lift, əsrlik zeytun ağacları ilə bəzədilmiş nəhəng foye, nəfəs kəsən mənzərələri olan şəxsi göyərtə və bitişik sonsuzluq hovuzu var. Həm də "Frette" xalatları və "Hermes" kosmetikası kimi hər cür gözəl xırda vasitələr yerləşdirilib.