"İndiki gəncləri evləndirmək müşkül məsələdir".
"Sherg.az" xəbər verir ki, bu sözləri xalq artisti Brilliant Dadaşova "MTV Maqazin" proqramında deyib. Sənətkar bildirib ki, ailədə həmişə 32 yaşlı oğlunun başına pərvanə kimi fırlanıblar:
"Hazırkı dövrdə həm qız, həm də oğlanlar kaprizlidir. İstərdim ki, övladım evləndikdən sonra bir yerdə yaşayaq. Amma gənclər ayrı evdə yaşasalar, daha yaxşıdır. Statistik göstəricilərdə boşanmaların sayı ürək açan deyil. Cavanlar məsuliyyətdən qaçırlar. Oğlum gec evlənsin, amma yetər ki, ayrılıq olmasın".