ABŞ-da maraqla izlənilən səhər şousunun aparıcısı olan və hər ikisi evli olan Amy Robach və T.J. Holmsun qeyri-qanuni eşq macərasının üzə çıxması günlərdir gündəmi zəbt etmişdi. Sherg.az "Milliyet.com.tr"-yə istinadən xəbər verir ki, ABC kanalında gizli münasibətlərinə görə fəaliyyəti dayandırılan aparıcıların taleyi məlum olub.
"Good Morning America" verilişinin aparıcıları Amy Robach və T.J. Holmsun gizli münasibətinin mart ayında Nyu York Yarım Marafonu üçün birlikdə məşq edərkən başladığı iddia edilir. Hər iki aparıcı may ayında ABC News-un Midtown Manhettendəki qərargahı yaxınlığındakı barlarda birlikdə görüntülənib. Robach və Holms noyabr ayında Nyu-Yorkun kənarındakı bir villaya gedəndə əsl bomba partladı.
Məşhur adların münasibətlərinin bu qədər səs-küy salmasına səbəb isə onların hər ikisinin evli olması olub. Robach "Melrose Place" filminin aktyoru Endryu Şue ilə evlidir. O, əvvəllər 1996-2008-ci illərdə keçmiş MLB akyoru Tim McIntosh ilə evli olub və onların bu evlilikdən Ava və Analise adlı iki qızı var.
Turan