Meqan Foks yeni görünüşdə - Foto


Məşhur ulduz Meqan Foks görünüşündəki dəyişikliklə gündəmə gəlib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ən seksual qadın hesab edilən aktrisa instaqramda yeni saç düzümünü nümayiş etdirib.

36 yaşlı aktrisanın artıq qara yox, açıq rəngdə saçları var. O, eyni zamanda kəkil də kəsdirib.

O, yeni görünüşdə şəklinə "Nə üçün olduğunu təxmin edə bilərsinizmi" sualını yazıb. Onun hazırda rol aldığı yeni film üçün bu obrazı seçdiyi təxmin edilib.