Sahib İbrahimov bu müğənniləri “topa tutdu”: “Siz kimsiniz ki, adam bəyənmirsiniz?!"

“Siz kimsiniz ki, adam bəyənmirsiniz?!".
"Sherg.az" xəbər verir ki, bu sözləri "Xəbər-ətər" verilişində müğənni Sahib İbrahimov deyib. İfaçı özündənrazı həmkarlarını nəzərdə tutaraq, qeyd edib ki, hər bir istedadın arxasında alın təri, yuxusuz gecələr, zəhmət var: 
"Cəfa çəkməyən səfa görməz. Nə oldu?! Keçmişlərini unutdular?! Dünən ona- buna yalvarıb, diz çökürdülər ki, onları efirə dəvət etsinlər. İndi adam saymaz oldular?! Kimsiniz siz?! Deyirlər ki, "Məni efirə filankəslə çağırma". Deməli, siz özünüz, şəxsiyyətiniz və sənətinizdən o qədər xoflusunuz, qorxursunuz ki, "Məni filankəslə çağırma" söyləyirsiniz. Onu deyənlər bəlkə də, həm mənəviyyatca, həm də sənətcə qat-qat aşağı səviyyəli adamlardır. Bu danışdıqlarımı 95 faiz insana şamil edirəm. Adam dünənini unutmaz. Sənətdə gənclərə xeyir-dua verməliyik. "Səni alqışlayıram, gözəl səsin var, yaxşı müğənni ola bilərsən ", - deməliyik.