Hadisə 5 milyon xərcləməli olub


İş adamı Mehmet Dinçerlerlə boşandıqdan sonra müğənni Hadisə yeni ev alaraq, ora köçməyə hazırlaşıb.

Axşam.az xəbər verir ki, sənətçinin Yeniköydə 40 milyon lirəyə ( 3 milyon 576 min manat) aldığı ev başına bəla olub.

Evi yenidən təmir etdirmək istəyən Hadisənin xərcləri günü-gündən daha da çoxalıb. Müğənni bunun üçün 3 milyon lirə (təxminən 268 min manat) ayırsa da, 5 milyon lirə (təxminənə 447 min manat) xərcləməli olub.