Eyfelin qarşısında Azərbaycan mahnısı oxudu 

Əməkdar artist Rəşad İlyasov həyat yoldaşı Gülnarə İlyasova ilə birlikdə Avropa gəzintisinə çıxıb. 

Axşam.az xəbər verir ki, Almaniyada olan müğənni bu dəfə Fransaya yollanıb. R.İlyasov Eyfel qülləsinin qarşısında kanon çalaraq, mahnı ifa edib. O, "Yaz gəldi" mahnısını səsləndirib. 

R.İlyasov həmin an çəkilən videonu yayımlayaraq "Beləsi olmamışdı. Fransadan - Eyfel qülləsindən Novruz təbriki" sözlərini yazıb.

Qeyd edək ki, müğənninin səfərinin məqsədi Almaniyada Novruz bayramı münasibətiylə keçirilən konsertdə çıxış etmək olub.