Nadir Qafarzadə Almaniyada

Müğənni Nadiq Qafarzadə Almaniyaya gedib.

Axşam.az xəbər verir ki, ifaçı Kölndə lentə aldığı görüntüləri sosial media hesabında paylaşıb. Nadir Hohenzollen körpüsündə qarşılaşdığı mənzərədən təəccübünü gizlədə bilməyib. O, körpü boyunca taxılmış qıfıllardan birinin üzərində öz adının yazdığını da bildirib.

"Görün burada nə qədər "cadu" var. Nə qədər qıfıl bağlayıblar. Körpünün o başından bu başına qədər. 1 kilometr yol olar buradan oraya? Sevgi cadusu demək istəyirəm. Mənə də "cadu" ediblər. Baxın, "Nadir". Yaxşı mənada" deyə, müğənni söyləyib.