Selena və Heyli bir-birilərini izləməyə başladı


Məşhur müğənni Selena Qomezlə eks-sevgilisi, kanadalı həmkarı Castin Biberin model həyat yoldaşı Heyli Biber instaqramda bir-birilərini izləməyə başlayıb.

Axşam.az xəbər verir ki, tərəflər bu addımı haqlarında yaranan şayiələr fonunda ediblər. İş o həddə çatmışdı ki, Selenanın fanatları Heylini öldürməklə belə təhdid edirdilər. Bunun ardından ifaçı modelə qarşı aparılan nifrət kampaniyasını dayandırmağı xahiş etmişdi. Selenanın bu müraciətindəın sonra isə Heyli də paylaşım edərək ona təşəkkür edib:

"Selenaya buna görə təşəkkür edirəm. Son bir neçə həftə ərzində biz ətrafımızdakı bütün bu mənfi ajiotajı necə geridə qoyacağımızı müzakirə etdik. Son həftələr hamı üçün çox çətin oldu. Özüm də daxil olmaqla, hər birimiz nə yazdığımız, nə dediyimiz barədə diqqətlə düşünməliyik. Sonda sevgi həmişə nifrətdən güclü olacaq".

Daha sonra Selena və Heyli aralarında problem olmadığını sübut etmək üçün sosial media hesabları üzərindən bir-birilərini izləməyə alıblar.

Qeyd edək ki, Castin 2018-ci ildə Selena ilə ayrıldıqdan qısa müddət sonra Heyli ilə ailə qurmuşdu. Bundan sonra tərələr arasında yaşananlar ulduzların pərəstişkarları tərəfindən birmənalı qarşılanmamışdı. Selenanın izləyiciləri davamlı olaraq Castinlə Heylinin ona haqsızlıq etdiyini bildirərək cütlüyü hətta təhqir edirdilər.