İrem Derici ayrılıq səbəbini açıqladı - Foto

Xəbər verdiyimiz kimi, türkiyəli müğənni İrem Derici ilə sevgilisi Atakan İsıktutan ayrılıb.


Axşam.az-ın məlumatılna görə, ifaçı məsələ ilə bağlı açıqlama yayıb. O, ayrılıq xəbərlərini təsdiqləyib:

"Atakanla 8 ay möhtəşəm münasibət yaşadıq. Mənim üçün hələ də dünyanın ən qiymətli insanıdır. Lakin çox ağır iş qrafikimiz var. Bir-birimizə vaxt ayıra bilməyəcək hala gəldik. Bu səbəbdən ayrılmaq qərarı aldıq. Mənə heç vaxt yaşamadığım sevgini bəxş etdiyin üçün təşəkkür edirəm. Yaxşı və ya pis günündə ilk zəng edəcəyin insan mənəm bundan sonra".