Atiye  ikinci dəfə ana oldu

Türkiyə pop musiqisinin güclü səslərindən olan Atiye dünən Maslak Acıbademdə ikinci qızı Nevanı dünyaya gətirib.

  “Sherg.az” türk mediasına istinadən xəbər verir ki, axşam saatlarında doğuş sancıları başlayandan dərhal sonra xəstəxanaya müraciət edən Atiye ikinci övladını təbii yolla dünyaya gətirib.
34 yaşlı müğənninin yenidən qız övladı olub, adını “Neva” qoyub.
Qeyd edək ki, 2018-ci ildə sakitcə ailə quran müğənni bir il sonra ilk qızı Ferah Fezanı dünyaya gətirib.