Məşhur qadının etirafları: "Təkəbbürlü övladlar yetişdirmək istəmirəm"

Məşhur müğənni Robbi Villyamsın həyat yoldaşı, türk əsilli Ayda Field övladlarıyla bağlı diqqət çəkən etiraflar edib. Ayda Field ailəlikcə bir yerə səyahət etdikləri zaman  özü və həyat yoldaşının təyyarənin “biznez klass” bölümü, uşaqların isə “ekonom klass” bölümündə əyləşdiyini deyib. A.Field bunun səbəbini də açıqlayıb.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, ingilis ifaçı və bəstəkar Robbi Villyams aktrisa Ayda Fieldlə 2010-cu ildə ailə qurub.  Ayda Fieldin atası türk, anası amerikalıdır.  Onların Theodora, Charlton, Coco və Beau adında dörd övladı var. 49 yaşlı Robbi Villyams Ayda ilə uyumlu, qarşılıqlı anlayışa dayanan bir evlilik yaşadıqlarını deyib: “Bir-birimzidən xoşlanırıq. Bu məni sevindirir və xoşbəxt olmağıma bəs edir”. Ayda Field isə ailə daxilində sərt qaydalar tətbiq etdiklərindən danışıb: “Başqa bir ölkəyə səfər etdikdə, uşaqlar da bizimlə gedirsə, özümüz üçün “biznes klass”a, onlar üçünsə “ekonom klass”a bilet sifariş edirik. Bunu ona görə edirik ki, övladlarımız, birincisi, “biznes klass”ın xüsusi üstünlük olmadığını dərk etsinlər, ikincisi, əyləşdikləri yerin haqqını ödəməli olduqlarını kiçik yaşlarından öyrənsinlər. Təyyarəyə minirik, mən və Robbi sola dönürük, uşaqlar sağ tərəfə. Bəlkə insanlar mənim pis adam olduğumu düşünəcək, amma bu, uşaqların gələcəyi üçün lazımdır”, - deyib. Aktrisa təkəbbürlü, özündən razı övladlar yetişdirmək istəmədiyini və onları bu vasitəylə tərbiyə edərək gələcək həyatlarında öz ayaqları üzərində möhkəm durmağa öyrətdiyini söyləyib.