Azra Akının makiyajsız görünüşü diqqət çəkib

2002-ci ildə "Miss Türkiyə" seçilən və daha sonra həmin il  "Dünya gözəli" adını qazanan Azra Akın ötən gün Etilerdə görüntülənib. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, 2017-ci ildə Atakan Koru ilə ailə quran və xoşbəxt evliliyini davam etdirən Azra Akın 2018-ci ildə oğlu Dəmiri qucağına alaraq ilk dəfə ana olma həyəcanını yaşayıb.

Azra Akın ötən gün Etilerdə görüntülənib. Dəftərxana ləvazimatları mağazasından çıxan model "Məktəb xərcləri. Dəftərxana ləvazimatları mağazasından çıxdım. Bir şey aldım. Siz necəsiniz. Açığını desəm, hazırda aktiv olmağa çalışıram. Bir şey edirəm və ağlımda bir neçə şey var. İnşallah, icra vaxtı gələndə məsələlər haqqında daha ətraflı danışarıq" deyə bildirib.

Azra Akının makiyajsız görünüşü diqqət çəkib.