Bryus Uillisin qızı: “Atam üçün çox darıxıram”

Afazi xəstəliyinə tutulan və hafizə itkisi yaşayan Hollivud “ulduz”u Bryus Uillisin qızı Rumer Uillis atası üçün çox darıxdığını dilə gətirib.
 “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, məşhur aktyorun qızı bu haqda sosial media hesabından paylaşım edib. Hazırda aktyor evdə nəzarət altında saxlanılır. O, normal danışıq qabiliyyətini itirib, danışılanları, eşitdiklərini qavramaq qabiliyyəti də zəifləyib. Ailəsi isə aktyorun ətrafındadır və onu tənha qoymurlar. B.Uillisin aktrisa Demi Murla evliliyindən olan qız övladı Rumer Uillis isə atası haqqında və onun üçün çox darıxdığını yazmaqla gündəmdədir. Rumer atasıyla illər çəkilən uşaqlıq fotolarını paylaşıb. Və “bu gün atam üçün həqiqətən çox darıxıram”, yazıb. Rumerin sosial mediada paylaşdığı fotolar minlərlə insan tərəfindən baxılıb vəı bəyənilib. Rumer ilk övladı dünyaya gələrkən atasının nə qədər sevindiyini, ona baba olmağın həyəcanını yaşatdığını, atasının da baba olmaqdan həzz aldığını  qeyd edib. Rumer verdiyi müsahibələrin birində zarafatla “atam oğlan nəvəsi istəyir. Onu anlayıram. 5 qız övladı var. Davamlı qızların – qadınların basqısı altındadır”, demişdi.  Rumer atasının xəstəliyinin stabil olmasının ailəyə rahatlıq gətirdiyini deyib. 1987-2000-ci illərdə Demi Murla evli olan aktyorun Ramə, Talullah Belle, Skott Larue adlı üç qız övladı, 2009-cu ildə evləndiyi Emma Hemikqdən də Mabel Rey və Evelin Penn adında da yenə 2 qız övladı var.