Olqa Buzova plastik əməliyyatlarından danışdı

Rusiyalı müğənni Olqa Buzova açıqlaması ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Buzova görünüşündən narazı olduğunu, buna görə plastik əməliyyat etdirdiyini deyib.

"İndi görünüşüm xoşuma gəlir, üz qırışlarımı, təbəssümü və dişlərimi, gözəl ayaq üstə sinələrimi bəyənirəm. Plastik cərrahların köməyinə müraciət edənləri qınamıram, lakin bədənimi təbii formada saxlamaq istəyirəm. Üzümdə dəyişiklik ola bilər. Xoşbəxtəm və azadam" deyə, ifaçı söyləyib.