İbrahim Səlim və Daye Ay nişanlanıb

Türk aparıcı və aktyor İbrahim Səlimin 3 ay əvvəl Daye Ay ilə eşq münasibəti yaşadığı məlum olub. Cütlük evliliyə ilk addımını ataraq nişanlanıb.

Sherg.az xəbər verir ki, Səlim nişanlandığını İnstaqram hesabında "Yaxşı, biz həmişə işləmirik, arada anlar olur" qeydi ilə elan edib.

İBurcu Biricik, Enis Arıkan, Duygu Çetinkaya kimi məşhur adlar da daxil olmaqla bir çox izləyicisi İbrahim Səlim və nişanlısını təbrik edib.