Aslı Enver və qızı Elay təyyarədə: Ata biganə qalmadı

Ötən aylarda ilk dəfə ana olmaq sevincini yaşayan və hazırda qızına baxan Aslı Enver balaca Elayla ilk təyyarə səfərini izləyiciləri ilə bölüşüb. 
Sherg.az türk mediasına istinadən xəbər verir ki, 12 noyabr 2022-ci ildə sürpriz qərarla Berkin Gökbudakla evlənən Aslı Enver iyulun 4-də qızı Elay dünyaya gətirib. Sosial media hesabında qızı və əri ilə ara-sıra pozalar paylaşan Aslı Enver paylaşımlarına bir yenisini əlavə edib.

Qızı Elay ilə ilk dəfə təyyarə ilə səyahət edən Aslı Enver təyyarədə çəkdirdiyi pozaları izləyiciləri ilə bölüşüb. Məşhur aktrisa paylaşımına bunları qeyd edib: "Kiçik bir quş".

Enverin paylaşımı minlərlə bəyənmə qazanıb və şərhlər yazılıb. Berkin Gökbudak da həyat yoldaşı və qızının fotolarına biganə qala bilməyib.

Gökbudak Enver və qızları Elayın təyyarə pozalarına "Gözəl qızlarım" şərhini qeyd edib. Məşhur aktyor həyat yoldaşına ürək emojisi ilə cavab verib.



Ötən aylarda qatıldığı tədbirdə qızı Elay haqqında danışan Aslı Enver "Elay böyüyür, təxminən dörd aylıqdır. Onu həyəcanı və xoşbəxtliyi ilə böyüdürük" deyib.

 "Elayla həyatınızda nə dəyişdi? sualına "Yata bilmirik. Çox şirindir, yəqin ki, yuxusuz qalmaq üçün ən yaxşı səbəbdir. Çox xoşbəxtik" cavabını verib.