Məşhur cütlük mükafatlandırma gecəsində göz qamaşdırdı - FOTO

Maqazin dünyasının ən çox bəyənilən cütlüklərindən olan Sinem Kobal və Kənan İmirzalıoğlunun əl-ələ kameralar qarşısına keçib.
Bakupost.az xəbər verir ki, cütlük ötən gün qatıldıqları mükafatlandırma mərasimində görünüblər.
Məşhur cütlüyün sevgi dolu baxışları sosial mediada trend olub. Ərinin əlini bir an olsun buraxmayan Sinem Kobal qırmızı mini paltarı və iddialı dekoltesi ilə diqqət çəkib.
Kənan İmirzalıoğlu “İlin adamı” mükafatını qazanıb və bu uğuru həyat yoldaşı Sinem Koballa bölüşüb.
Qeyd edək ki, ötən həftələrdə Sinem Kobal və Kənan İmirzalıoğlu ilə bağlı iddia irəli sürülüb. Bu iddia İmirzalıoğlunun Kobalı aldatması ilə bağlı olub.
Belə ki, Twitter-də anonim istifadəçi Kənan İmirzalıoğlunun 7 ildir evli olduğu Sinem Kobalı aldatdığını iddia edib.
İmirzalıoğlu isə bu iddiaları qətiyyətlə rədd edib.