“Körpələri səhnədən çıxaraq” açıqlaması ilə musiqi aləmində yeni müzakirələr alovlandıran Hadisə geri addım atıb.
Sherg.az xəbər verir ki, Hadisə "Fənərbaxça Ülkər"dəki konsertindən sonra konsert şəklini paylaşaraq "Körpələri səhnədən çıxaraq" yazıb.
Ece Seçkin isə bundan inciyərək Hadisəyə cavab verib. İrem Derici də Seçkinə dəstək mesajı göndərib.
Bütün bunlar davam edərkən “körpələr” sözünün əsl hədəfinin Aleyna Tilki olduğu haqda xəbərlər gündəmə bomba kimi oturub.
MÜBAHİSƏ ETMƏYƏCƏYİK!
Nəhayət, kəskin dönüş edən Hadisə birdən həmkar-aşiqi olaraq deyib ki, “Aleyna, İrem və Ece dinləməkdən çox zövq aldığım qadınlardır. Bizdən o qalmaqal çıxmayacaq, dostlar".