Oksananın "Ailə kimi deyildik" sözlərinə Şəhriyarın reaksiyası

Aparıcı Şəhriyar Əbilov rəqqasə Oksana Rəsulova ilə bağlı sualları cavabsız qoyub.

Axşam.az xəbər verir ki, "10-da görüşək" proqramında qonaq olan Şəhriyara aparıcı Samir Bayramlı "Oksana deyir ki, biz Şəhriyarla ailə kimi bir evdə yaşamamışıq. Ona görə də, oğlumda "ata hardadır" travması yoxdur" sözlərini söylədi. Buna fikrin" sözlərini ünvanlayıb. 

Ş.Əbilov isə bu haqda danışmaq istəmədiyini deyib:

"Həyat davam edir, bu haqda danışmayacağam. Allah hər kəsi xoşbəxt etsin. Ömrümün sonuna kimi oğlumun yanındayam, arzum odur ki, öləndə övladımın çiynində gedim. Başqa heç nə deməyəcəm. Hər söz düzgün anlaşılmamazlığa səbəb olub. Bu, susmaq deyil, danışmamaqdır".

Qeyd edək ki, bir neçə il əvvəl Şəhriyar Oksana ilə iləli olduqlarını və oğlu Osmanın atası olduğunu açıqlamışdı. Aradan bir neçə ay keçəndən sonra isə cütlük boşandığını açıqladı.