"Altın Kelebek" mükafatını 5 TL-yə satışa çıxardı - FOTO

Müğənni Mabel Matiz "Altın Kelebek" mükafatını internetdə satışa çıxarıb.
Bakupost.az xəbər verir ki, 49-cu "Altın Kelebek" mükafatlandırma mərasimində mahnıları dinləmə rekordları qıran məşhur müğənni Mabel Matizin heç bir mükafat almaması tənqidlərə səbəb olub.
Bu il “Altın Kelebek” Mükafat Mərasimində mükafat ala bilməyən Reynmen 2020-ci ildə aldığı mükafatı zibilə atdıqdan sonra bu dəfə Mabel Matizdən maraqlı reaksiyası gəlib.
Mabel Matiz 2019-cu ildə “Ən yaxşı klip” kateqoriyasında ona verilən “Altın Kelebek” mükafatını 5 TL-yə (29 qəpik) onlayn satışa çıxarıb.
Müğənni deyib: “Cəmi bir dəfə ələ alınıb. Aldığım gündən qutudadır, cızığı belə yoxdur. Ən yaxşı klip, 2019... Toplu alış üçün mesaj göndərə bilərsiniz”.