Madonnanın rəqsi gündəm oldu

Dünya şöhrətli ulduz Madonnanın Nyu Yorkda verdiyi konsertdəki rəqsi gündəm olub.
Bakupost.az xəbər verir ki, pop kraliçası “Celebration” adlı dünya turu çərçivəsində şənbə gecəsi səhnəyə çıxıb. Qırmızı atlaz paltarı və qara krujeva çəkmələri ilə diqqət çəkən Madonna bütün ifası boyunca həm kişi, həm də qadın rəqqaslarla çıxış edib. Daha sonra konsertdə müğənni qadın rəqqasəni əvvəlcə dodaqlarından öpüb, daha sonra ehtirasla rəqs edib.
Onun rəqsi sosial mediada gündəm olub.