Yasemin Şefkatlıdən "Baby shower" yığıncağı -FOTO

İdo Tatlısəslə xoşbəxt evliliyi olan və əkiz körpələrini qucağına almaq üçün günlər sayan Yasemin Şefkatlı körpə gecəsi təşkil edib. 
"Sherg.az" bildirir ki, Ziyafətdə çəkilən fotoları sosial media hesabında yayımlayan məşhur qısa zamanda minlərlə bəyənmə və şərh toplayıb.
Qeyd edək ki, İbrahim Tatlısəs və Derya Tunanın oğlu İdo Tatlısəslə 2021-ci ildə ailə quran Yasemin Şefkatlı indi əkiz uşaq sahibi olma həyəcanını yaşayır.
7 aylıq hamilə olan Şefkatlı son açıqlamasında "Həkim doğumun yanvarda olacağını söylədi. Doğuş Türkiyədə olacaq. Hazırlıqlarımız tam deyil, amma çatışmazlıqları tamamlayırıq" demişdi.
Normal və ya keysəriyyə ilə doğuma həkimin qərar verəcəyini söyləyən 31 yaşlı gözəl, 3 ay sonra dünyaya gələcək oğlanlara öz atalarının adını verəcəklərini açıqlamışdı. O, əkizlərdən birinin İdo Tatlısəsin atası İbrahim Tatlısəsin, digərinin isə Yasemin Şefkatlının atası Sinan Şefkatlının adını daşıyacağını bildirmişdi.