Nilgün Belgün qripə tutulub. Ustad sənətçi tamaşalarının təxirə salındığını açıqlayıb.
Sherg.az bildirir ki, “Sevgi və komediya” tamaşası ilə qastrol səfərində olan aktrisa xəstələnib.
O, səhhətinin son durumu ilə bağlı məlumat verib:
"Əziz dostlar; mən də epidemiya olan donuz qripinə yoluxdum. Turun cəmi iki tamaşasını oynaya bildim. Sabahkı Fethiye və Muğla şoularını sonraya təxirə salmalı olduq. Yeni tarixləri sizinlə paylaşacam. tezliklə və sağlam günlərdə görüşənədək".