Bülent Ersoydan ŞOK ETİRAF: Bu şəxslə üç il eşq macərası yaşadıq!


Bülent Ersoy, Banu Alkan və Safiye Soymanı bir araya gətirən "Dünya gözəllərim masada" proqramı əyləncəli anları ilə gündəmə gəlib. 
Sherg.az xəbər verir ki, son bölümdə Bülent Ersoy "kazinoların kralı" kimi tanınan Fahrettin Aslanla bağlı etirafları ilə diqqət çəkib.

"FAHRETTIN ASLAN" ETİRAFI!
Verilişin üçüncü buraxılışında Bülent Ersoy 2005-ci ildə dünyasını dəyişən "kazinolar kralı" kimi tanınan Fahrettin Aslana bağlı verdiyi etirafla gündəmə gəlib. 
Qeyd edək ki, Ersoy əvvəlki çıxışlarında “Fahrettin bəy öz xeyrim üçün məni çox döydü” demişdi.

Fahrettin Aslanın oğlu Sacit Aslan: “Bülent Ersoy mənim cici anamdır. Amma o, həm də mənim əsgər dostumdur. İkimiz də dənizçi idik. Bülent admiral katerlərində, mən də hücum katerlərində növbətçi idim. Haliçdəki Taşkızak gəmiqayırma zavodunda görüşərdik. İllər sonra “Bülent bəy” dediyim üçün məni məhkəməyə verdi. Amma o, hakimə “xanım, o, mənim hərbçi yoldaşəmdır dedikdə, işə xitam verildi. İndi Bülentlə iki gündən bir görüşürük".

Tamaşaçıların böyük marağına səbəb olan proqramda Bülent Ersoy Fahrettin Aslanla eşq macərasından danışıb.
Məhşur sənətçi Ersoy, münasibətlərinin üç il davam etdiyini itiraf edib. Safiye Soyman isə bu etiraf sonrası, "Bunu bilmirdim" cavabını verib.