Esergən Berfu Yenenlere: Ümid edirəm ki, mən yatarkən telefonuma müdaxilə etməzsən!



Candaş Tolqa Işıkın baş redaktoru olduğu “Kafa” jurnalının yeni il gecəsi ötən gecə Esma Sultan Köşkündə baş tutub. Gecədə məşhur adlar iştirak edib.
 Sherg.az Türkiyə mediasına istinadən xəbər verir ki, ziyafətə qatılanlar arasında 2019-cu ildə ailə quran və iki övlad sahibi(Kuzey və Mete) Eser-Berfu Yenenler cütlüyü də olub.
Jurnalistlərin “Bir-birinizin telefonlarına müdaxilə edirsiniz?” sualına Berfu Yenenler isə "İkimiz də telefonlarımıza baxırıq. Yatanda heç kim heç kimin telefonuna müdaxilə etmir" cavabını verib.
Bunun üzərinə Eser gülərək, "Ümid edirəm ki, mən yatarkən telefonuma müdaxilə etmirsən. Xeyr. Biz o mərhələləri keçmişik. Kuzey və Mete onu qarışdırır" deyib