Mahsun Kırmızıgül qızı Lavinlə görüntülənib


"Kanal D"də yayımlanacaq "Güzel atlar diyarı" adlı yeni serial layihəsi ilə uzun fasilədən sonra ekranlara qayıdan Mahsun Kırmızıgül altı yaşlı qızı Lavinlə xoş gün keçirib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Mahsun Kırmızıgül 2016-cı il fevralın 14-də ABŞ-ın Los-Anceles şəhərində vəkil Ece Binayla evlənib və onun 12 aprel 2022-ci ildə bitən evliliyindən Lavin adlı uşaqları dünyaya gəlib.

Tezliklə "Kanal D"-də izləyiciləri ilə görüşəcək "Gözəl atlar diyarı" serialı ilə həyəcanlanan sənətçi ötən gün altı yaşlı qızı Lavin Kırmızıgül ilə Metropol İstanbulda görüntülənib.