Ata-qız günü... Lavin böyüdü!

Kanal D-də yayımlanacaq 'Güzel Atlar Diyarı' adlı yeni serial layihəsi ilə uzun fasilədən sonra ekranlara qayıdan Mahsun Kırmızıgül altı yaşlı qızı Lavinlə xoş gün keçirib.
Sherg.az xəbər verir ki,Mahsun Kırmızıgül 2016-cı il fevralın 14-də ABŞ-ın Los-Anceles şəhərində vəkil Ece Binayla evlənib və onun 12 aprel 2022-ci ildə bitən evliliyindən Lavin adlı uşaq dünyaya gəlib. 
Tezliklə Kanal D-də izləyiciləri ilə görüşəcək 'Güzel Atlar Diyarı' serialı ilə həyəcanlanan sənətçi ötən gün altı yaşlı qızı Lavin Kırmızıgül ilə Metropol İstanbulda görüntülənib.
“Body Worlds: Animal Inside Out-Anatomy of Real Animals” sərgisini ziyarət edən 54 yaşlı rejissor və aktyor yeni filmin ilk günlərində birlikdə əyləndiyi qızı ilə kameralar qarşısına keçməyi də unutmayıb.