Musiqidə qadınların qələbəsi

ABŞ-li müğənnilər Taylor Swift, Miley Cyrus və Britaniyalı müğənni Raye 2023-cü ildə ən böyük chart uğurlarına imza atan qadın müğənnilər olub. 
"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, Swift, Cyrus ve Raye’ nin mahnıları 31 həftə ərzində 1-ci yerdə qalaraq, Rəsmi Qrafiklərdə ən çox satılan mahnılar olub. 
Böyük Britaniya musiqi sənayesinin ticarət assosiasiyası olan British Phonographic Industry (BPI) tərəfindən verilən məlumata görə, 2023-cü ilin ən yaxşı 10 mahnısından 7-si qadın sənətçilərə məxsusdur. Bu siyahıda birinci yerdə Miley Cyrusun "Flowers" mahnısı yer alıb. 

BPI siyahısında Raye-nin  "Escapism" mahnısı 3-cü yerdə, Teylor  Swiftin  "Anti-Hero" mahnısı isə ikinci yerdə qərarlaşıb. Ellie Goulding, SZA, PinkPantheress və Libianca da ilk 10-luğa daxil olublar. Siyahıyada özlərinə yer ayırmağı bacaran digər qadın sənətçilər arasında Dua Lipa, Billie Eilish, Olivia Rodrigo və Doja Cat var. Qeyd edək ki, ilk 20-dən 13-ü qadın ifaçıların mahnılarıdır.