Usta sənətçinin konsert məşq geyimi gündəm olub- FOTO

Türkiyənin usta sənətçi Selda Bağcanın konsert məşqi üçün seçdiyi geyim sosial media istifadəçilərinin gündəminə düşüb. Baş örtüyü ilə görüntüləri paylaşılan Bağcan trendlərdən birinə çevrilib.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Selda Bağcan konsert öncəsi məşq zamanı geyindiyi libasla sosial mediada müzakirə mövzusu olub. Məşqdən video və fotoları paylaşılan ustad sənətçinin hicablı halı sosial şəbəkə istifadəçilərini təəccübləndirib. Qısa müddətdə yayılan görüntülər sayəsində Selda Bağcan trendlərdən birinə çevrilib.

Bəziləri onun geyimini Bağcanın sənətçi şəxsiyyətini və özünəməxsus üslubunu əks etdirdiyi üçün bəyənsə də, bəziləri təəccüblərini dilə gətirib.

Sosial şəbəkədə gündəm olduğunu öyrənən Selda Bağcan "Konsertin məşqində saçlarım qıvrımla bağlandığı üçün hicab taxmışdım. Bu qədər təəccüblü nə var?" deyə reaksiya verib.